Bu il 710 mindən çox şəxs yaşa görə pensiyaya çıxıb 

12:20 09.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin yanvar-iyun aylarında yaşa görə pensiya alanların sayı 710,5 min nəfər olub.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 42,4%-ni kişilər, 57,6%-ni isə qadınlar təşkil edib.